Modern.az

Ukrayna bəzi F-16-larını xaricdə yerləşdirəcək - SƏBƏB

Ukrayna bəzi F-16-larını xaricdə yerləşdirəcək - SƏBƏB

10 İyun 2024, 12:25

Bəzi F-16 qırıcıları Ukraynadan kənarda yerləşən hava bazalarında "ehtiyatda" yerləşdiriləcək.

 

Modern.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının aviasiya rəisi Sergey Qolubtsov deyib.

 

"Bu, təyyarələrin Ukrayna bazalarında işğalçıların hədəfinə çevrilməməsi üçün ediləcək", - deyə qeyd olunub.

 

Digər şeylərlə yanaşı, bu qırıcılar təmir işləri və nasaz təyyarələrin dəyişdirilməsi zamanı ehtiyat rolunu oynayacaqlar. Eyni zamanda, Kiyevin aldığı təyyarələrin bir hissəsi ukraynalı pilotların hazırlanması üçün xaricdə istifadə olunacaq.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal