Modern.az

Nazirlikdən zaqatalalı deputata cavab gəldi: “Biz heç nəyə pul ayırmırıq”

Nazirlikdən zaqatalalı deputata cavab gəldi: “Biz heç nəyə pul ayırmırıq”

Təhsil

14 Noyabr 2013, 17:45

“Biz büdcə ayrılması işinə baxmırıq, yalnız tədbirlər təşkil edirik. Ancaq rayonun inkişafına pul ayırmırıq. Rayonun icra hakimiyyəti, yerli orqanları var. Maliyyə Nazirliyi, yaxud Nazirlər Kabineti deyilik ki, turizmin inkişafı üçün büdcə ayıraq. Mədəniyyət və Turizm Nazirliyi sadəcə icra orqanıdır”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva deyib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamilə Əliyeva Mədəniyyət və Turizm Nazirliyini Zaqatalada turizmin inkişafına əlavə pul ayırmağa səsləyib:
“Zaqatala insanların istirahəti üçün önəmli turizm rayonudur. Amma bu rayonda turizmin inkişafı üçün heç bir iş görülmür. Üzümü mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə tutub xahiş edirəm ki, rayona diqqəti artırsın. Büdcədən bu rayonda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə pul ayrılmasını təklif edirəm”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır