Modern.az

KXDR Cənubi Koreyaya səsgücləndiricilərlə təbliğat yayımını bərpa edə bilər

KXDR Cənubi Koreyaya səsgücləndiricilərlə təbliğat yayımını bərpa edə bilər

10 İyun 2024, 13:12

Şimali Koreya Cənubi Koreyaya zibil və peyin olan şarlar göndərməkdən sərhəd bölgəsində səsgücləndiricilərdən istifadə edərək yayımı bərpa etməyə keçə bilər.

 

Modern.az xəbər verir ki, bunu "Yonhap" agentliyi yazıb.

 

Qeyd olunub ki, Cənubi Koreyadan olan fəalların Pxenyan əleyhinə vərəqələr göndərməsinə cavab olaraq belə bir tədbir görülə bilər.

 

Şimali Koreyada psixoloji əməliyyatlar çərçivəsində sərhəd bölgəsinə yayımlanan ən azı onlarla səsucaldan olub, lakin onların hamısı 2018-ci ildə Koreyalararası sammitdən sonra sökülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal