Modern.az

110 yaşlı avtomobil Bakıda yandı - VİDEO

110 yaşlı avtomobil Bakıda yandı - VİDEO

10 İyun 2024, 14:00

“Pekin-Paris” avto rallisinin ən yaşlı avtomobili – 1914-cü il istehsalı olan American LaFrance Type 10 marşrut üzrə yürüş zamanı yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Federasiyası məlumat yayıb.

 

Məlumata görə, bu gün səhər Bakıdan Gürcüstana istiqamət alan avtomobil paytaxt çıxışında texniki səbəblərdən alovlanıb.

 

Avtomobilin sahibi layihə rəhbəri, Hero-Ero klubunun başçısı Tomas de Varqas Maçukadır (Thomas de Vargas Machuca).

 

“Pekin-Paris” avto rallisinin iştirakçısı olan digər unikal retro avtomobillər isə hazırda Şamaxıdadır. Yürüşə davam edən avtomobillər Şamaxı rayonunun Meysəri kəndində nümayiş etdirilir. 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi