Modern.az

17 saylı çəzaçəkmə müəssisəsindəki qiyamla bağlı rəsmi AÇIQLAMA verildi

17 saylı çəzaçəkmə müəssisəsindəki qiyamla bağlı rəsmi AÇIQLAMA verildi

14 Noyabr 2013, 18:53

Azərbaycandakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, 13 noyabr 2013-cü il tarixdə 17 saylı çəzaçəkmə müəssisəsində saxlanılan 5 nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanuna zidd tələblər irəli sürüblər.

”Penitensiar xidmətin əməliyyat qrupu dərhal çəzaçəkmə müəssisəsinə yollanmış və müəssisə rəhbərliyi ilə birgə məhkumlara hüquq və vəzifələri yenidən geniş izah edilmiş və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunmuşdur. Həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmamış, qanuna zidd tələblərindən dönməmiş, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulmuş birdəfəlik ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetirmişlər.
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilmiş və onlar digər məhkumlardan təcrid edilmişlər. 17 saylı cəzaçəkmə müəssisəsində şərait sabitdir.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, gələcəkdə də Daxili İntizam Qaydalarına zidd, habelə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır.
Fakt üzrə araşdırma aparılır”-deyə rəsmi məlumatda bildirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır