“Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır.
Noyabrın 14-dən “Metroservis”in fəaliyyətinə xitam verilib. Firmanın rəhbəri Bəkir Cəfərov xəbəri “musavat.com”a təsdiqləyib. O, bildirib ki, artıq firmanın fəaliyyətinə xitam verilib, bütün redaksiyalara məktub göndərilib ki, noyabrın 15-dən onlara qəzet verilməsin. Həmçinin Rusiyadan gələn qəzet və jurnalların da qəbulu dayandırılıb.