Modern.az

İran səfiri: “2 tərəf arasında saziş olmalıdır”

İran səfiri: “2 tərəf arasında saziş olmalıdır”

14 Noyabr 2013, 20:08

“Hər iki tərəf sərhədin bağlanması ilə bağlı məsələni həll etməkdə maraqlıdır”.

Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. O bildirib ki, məsələ ilə əlaqədar müvafiq qurumlarla görüşlər keçirib və görüşlərdə problemin tezliklə həll olunması istəyi ifadə olunub.

Səfirin fikrincə, bu cür hadisələrin baş verməməsi üçün iki tərəf arasında müvafiq saziş olmalıdır: “Yaxşı deyil ki, hər hansı nəqliyyat vasitəsinə görə iki ölkə arasında sərhədlər bağlansın, problemlər yaransın. Buna görə, bizim aramızda saziş, anlaşma Memorandumu və ya buna bənzər bir sənəd olmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır