Rusiyanın keçmiş maliyyə naziri əmək miqrantları üçün viza tətbiq edilməsini doğru saymır
Region Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin sanır ki, əmək vizalarının tətbiqi Rusiyaya əmək miqrasiyası problemini həll etməyəcək.
ANS PRESS-in məlumatına görə, Rusiya Dövlət Dumasında əmək miqrantları üçün viza tətbiq edilməsi, həmçinin iş vakansiyalarının ilk öncə Rusiya vətəndaşlarına verilməsi təklif edilir,
"Miqrant məsələsini həll etmək çətindir, amma həll edilməlidir. Bu problemlərdən qaçmaq olmaz, miqrantlar yox olmayacaq. Viza bu məsələni heç cür həll etmir", - deyə Kudrin "Stolıpin klub"unun iclasında bildirib.
Bununla belə, Kudrin əlavə edib ki, Rusiya üçün milli siyasəti çox kəskin vəziyyətdədir. "Rusiya üçün ən fundamental məsələlərdən biri milli məsələdir. Sovet İttifaqı bu məsələnin əsasında yıxıldı. Rusiya hələ ki, balaca SSRİ-dir, bizim də belə riskimiz var", - deyə o, bildirib.