Modern.az

“DQR”i tanımaq üçün Ermənistanın yetərincə imkanı olub - Arif Yunus

“DQR”i tanımaq üçün Ermənistanın yetərincə imkanı olub - Arif Yunus

Təhsil

15 Noyabr 2013, 10:47

“Ermənistan parlamentində Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin müzakirəsinə ümumiyyətlə fikir vermək lazım deyildi”. Bunu Modern.az-a açıqlamasında konfliktoloq Arif Yunus deyib. Onun fikrincə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı rəsmən tanımaq üçün Ermənistanın kifayət qədər vaxtı olub. “Mən həmişə demişəm ki, bu boş şeydir. Zaman-zaman rəsmi Yerevan bunu gündəmə gətirir. Ermənistan Qarabağı tanımaq istəsəydi, çoxdan bunu edərdi. Onlar bu layihədən sadəcə danışıqlarda alver kimi istifadə etmək istəyirlər”.

  Vüqar İsmayılov   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır