"İrəvanda yəhudi sinaqoquna hücumla bağlı insident təşviş doğurur".
Modern.az xəbər verir ki, bunu "Armenpress"ə Ermənistan baş naziri aparatının rəhbəri, Milli Azlıqlar Şurasının sədri Arayik Arutyunyan deyib.
"Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini aydınlaşdırmaq üçün araşdırma aparır. Əminik ki, hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitinin açılması üçün mümkün olan hər şeyi edəcək", - o bildirib.
Qeyd edək ki, dünən İrəvanda naməlum şəxsin sinaqoqun pəncərəsinə daş atması barədə məlumat yayılıb.
Xatırladaq ki, 2023-cü ilin 6 oktyabr və 15 noyabr tarixlərində İrəvandakı yəhudi sinaqoquna da vandal hücumları həyata keçirilib.