Modern.az

Zurabişvili yenidən prezidentliyə namizəd olacaq?

Zurabişvili yenidən prezidentliyə namizəd olacaq?

12 İyun 2024, 12:24

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, gənclərlə görüşündə bununla bağlı danışıb.

 

“Sizin namizədiniz olsam, çox xoşbəxt və qürurlu olacağam”, - deyə Zurabişvili söyləyib.

 

Gürcüstanda bu ilin sonunda keçiriləcək parlament seçkilərindən sonra yeni prezident seçiləcək.

 

Zurabişvili Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidentidir. Növbəti prezident 300 nəfərdən ibarət seçicilər heyəti - parlament üzvləri və yerli hökumət nümayəndələri tərəfindən seçiləcək.

 

Zurabişvili Fəaliyyət Xartiyasını imzalayan müxalifət partiyaları tərəfindən prezidentliyə namizəd kimi irəli sürülə bilər - əgər onlar parlament seçkilərində qalib gəlsələr.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal