Modern.az

Zakir Həsənov Türkiyə səfirini qəbul edib

Zakir Həsənov Türkiyə səfirini qəbul edib

15 Noyabr 2013, 13:01


Noyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşqunu qəbul edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Qonaq müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib və ona gələcək işlərində uğurlar arzulayıb.
Müdafiə naziri səfiri salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyini, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Silahlı Qüvvələrin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri diqqətə çatdıran müdafiə naziri, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinin region üçün vacibliyini vurğulayıb və Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirib.
Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU