“Müsavat Partiyasında Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı müzakirələr aparılmayıb. Şəxsən mən bu məsələyə etiraz etmirəm”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuranın və Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. Divan üzvü Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı yaranan fikir ayrılıqlarından danışarkən deyib ki, hər bir Milli Şura üzvü öz fikrini söyləməkdə sərbəstdir:
“Narazılıq olur-olsun. Milli Şura bir adamın istəyi ilə qərar qəbul etmir ki. Hər kəs təklif verə bilər. Milli Şura üzvlərinin verdiyi təkliflər müzakirə olunmalıdır, sonra qərar verilməlidir”.
V. Əyyub qeyb edib ki, Milli Şuranın taleyi ilə bağlı qərar verilməlidir: “Hazırda Milli Şuranın qurum olaraq fəaliyyətini görmürəm. Bu barədə də ciddi müzakirələr aparmaq lazımdır. Milli Şuranın qalmağında maraqlıyıqsa, o zaman fəaliyyət istiqamətləri və formaları, təşkilati məsələlər barədə qərar verməyin zamanıdır”.
İlkin PİRƏLİ