Modern.az

“Uşaq bezlərinin ədəbsiz reklamı qanunaziddir”

“Uşaq bezlərinin ədəbsiz reklamı qanunaziddir”

15 Noyabr 2013, 13:47

 “Çox təəssüf ki, belə hallara rast gəlirik. Halbuki, uşaqların çılpaq şəkildə reklama çəkilməsi qanunaziddir”. Bunu Modern.az-a açıqlamasında Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov deyib.

Qeyd edək ki, son zamanlar istər TV-də, istərsə də ictimai nəqliyyat vasitələrinin üzərindəki uşaq bezlərinin xoşagəlməz reklamlarına rast gəlinir. Məsələn, “Leylək” şirkətinin reklam lövhələrində azyaşlı çılpaq qız rəsmi verilir.

“Həmin reklamı görmüşəm. Reklam üçün foto valideynin icazəsi olmadan çəkilibsə, həmin şirkət məsuliyyətə cəlb olunmalıdır. Əgər reklam fotosu valideynin razılığı ilə çəkilibsə belə və orada ədəbsiz nüanslar görünürsə, həm valideyn, həm reklamı çəkən cinayət məsuliyyətinə cəlb edilməlidir”, – deyə Yusif Bəkirov qeyd edib.  


Gülşən Raufqızı
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU