Modern.az

Milli Şuranın bəzi komisiyyaları ləğv olunacaq

Milli Şuranın bəzi komisiyyaları ləğv olunacaq

15 Noyabr 2013, 14:14

“Milli Şuranın komissiyaları prezident seçkilərinə hesablanmışdı. Əlbəttə, bu komissiyaların işinə yenidən baxmaq lazımdır, əsaslı dəyişikliklər olmalıdır. Ola bilsin, bəziləri ləğv olundu, yeniləri yaradıldı. Bütün bunlar kompleks işin tərkib hissədir. Həm Milli Şuranın formatı, həm də idarəçilik strukturu kimi məsələlər müzakirə mövzusudur. Çox güman ki, qarşıdan gələn sessiyada bunlar həll ediləcək”.

  Bunu Modern.az-a açıqlamasında Milli Şuranın Dini və Milli Azlıqlarla İş üzrə Komissiyasının sədri Eldəniz Quliyev deyib. E.Quliyev sədri olduğu komissiyanın seçkidə xeyli iş gördüyünü deyib: “Kifayət qədər iş gördük. Seçki vaxtı milli azlıqlara müraciət etdik, dini kəsimlərlə dəfələrlə görüşlər keçirdik. Bilisiniz ki, inanclı insanlar Milli Şuranı dəstəklədi. Təbii ki, bu işlər davam etdirilir”. 

Komissiya sədri hesab edir ki, Milli Şuranın komissiyaları ölkədə baş verən hadisələrə ayrı-ayrılıqda münasibət bildirməməlidir: “Komissiyalar ayrı-ayrılıqda avtonom hərəkət etməməlidirlər. Baş verən hadisələrə Milli Şuranın öz münasibəti olur”.  


İlkin
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU