Modern.az

Pakistan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək istəyir 

Pakistan Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirmək istəyir 

Dünya

12 İyun 2024, 23:52

Pakistan Azərbaycanla müdafiə və aviasiya sahələrində əməkdaşlığı genişləndirmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Asif Muhammed Xavaca Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.

 

Nazir bildirib ki, Pakistan böyük resurslara malik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycana mühüm tərəfdaş kimi baxır.

 

Asif Muhammed Xavaca iki ölkə arasında tarixi, mədəni və dini münasibətlərə əsaslanan qardaşlıq əlaqələrinin əhəmiyyətini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal