Modern.az

ABŞ rəsmisindən Azərbaycan və Ermənistan prezidentlərinə ÇAĞIRIŞ

ABŞ rəsmisindən Azərbaycan və Ermənistan prezidentlərinə ÇAĞIRIŞ

15 Noyabr 2013, 14:23

ABŞ dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin müavini Viktoriya Nuland Azərbaycan və Ermənistan prezidentlərini cəsur olmağa və müzakirələrə yaradıcı şəkildə yanaşmağa çağırıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, V. Nuland Atlantika Şurasında çıxışı zamanı iki ölkə prezidentlərinin noyabrın sonuna planlaşdırılan görüşlərini müsbət dəyərləndirib.
“Fikrimcə, prezidentlər münaqişənin hərtərəfli həlli barədə müzakirə aparmaq gücündədirlər və biz onları cəsur olmağa və müzakirələrə yaradıcı yanaşmağa çağırırıq”.

Böyük dövlətlərin də münaqişədə iştirak etməsinə dair sualı cavablandırarkən isə V. Nuland Yerevan və Bakının sülh üçün güclü istəklərinin olacağı halda heç bir böyük dövlətin buna mane ola bilməyəcəyini deyib. 

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU