“Əvvəla, Koroğlu tək Azərbaycanın deyil. Tək bizim qəhrəman olsaydı onun barəsində, ay belə imiş ay pis imiş və s. necə ki, danışırlar, demək olardı. Qırğızların da, qazaxların da, türkmənlərin də, iraq türkmənlərinin də Koroğlusu var. Hər il də Boluda Koroğlu festivalı keçirilir. Elə mən özüm 10-15 gün bundan qabaq o festivaldan gəlmişəm. Yəni, Koroğlu ümumən türk xalqlarının mifləşmiş qəhrəmanıdı. Tək bizim olsaydı deyə bilərdik ki, şişirtmişik. Bizimki deyək ki, mövzunu ermənidən götürüb, bəs qazaxlar, türkmənlər kimdən götürüb? Bunu araşdırmırlar. Koroğlunun ironik dediyi sözü oxudum: Deyir, igidlik ondur, doqquzu qaçmaqlıqdı. İronik şəkildə deyilən sözləri götürüb başqa mənada işlədirlər. Koroğlu hansı döyüşdən qaçdı, nə vaxt qaçdı? Hansı xanın, xotkarın qabağından qaçdı ki, o söz də deyilə? Belə sözlər işlədirlər. Mən bu barədə vaxtilə yazı da yazmışam. Elə mövzuya da yenidən qayıtmaq istəyirəm. Tək Koroğlu deyil ki. Avropanın maya buraxdığı bir qrup ziyalı xalqın milli qəhrəmanlarını gözdən salmaqla məşğuldular. Babəkin, Şah İsmayılın əleyhinə görün nələr yazırlar. Onları xalqın gözündən salırlar. Qaçaq Nəbi haqqında ağızlarına gələni yazırlar. Bilirsizmi bu nə deməkdi? Bunun arxasında çox ciddi bir məsələ durur. Bunu ona görə edirlər ki, guya bu xalqın qəhrəmanı olmayıb. Azərbaycanın 4-5 mifləmiş qəhrəmanı var. Bunları xalqın gözündən salmaq üçün edilir. Dünya mətbuatında da deyilir ki, heç bu millətin bir qəhrəmanı yoxdur. Babək idi, Koroğlu idi bunlar da belə getdi. Bunlar planlı şəkildə həyata keçirilən təxribat işləridi.”
Mən bu barədə vaxtilə yazı da yazmışam. Elə mövzuya da yenidən qayıtmaq istəyirəm. Tək Koroğlu deyil ki. Avropanın maya buraxdığı bir qrup ziyalı xalqın milli qəhrəmanlarını gözdən salmaqla məşğuldular. Babəkin, Şah İsmayılın əleyhinə görün nələr yazırlar. Onları xalqın gözündən salırlar. Qaçaq Nəbi haqqında ağızlarına gələni yazırlar. Bilirsizmi, bu nə deməkdi? Bunun arxasında çox ciddi bir məsələ durur. Bunu ona görə edirlər ki, guya bu xalqın qəhrəmanı olmayıb. Azərbaycanın 4-5 mifləmiş qəhrəmanı var. Bunları xalqın gözündən salmaq üçün edilir. Dünya mətbuatında da deyilir ki, heç bu millətin bir qəhrəmanı yoxdur. Babək idi, Koroğlu idi bunlar da belə getdi. Bunlar planlı şəkildə həyata keçirilən təxribat işləridi.” Ziyalılarımız da təxribata bilərəkdən ya bilməyərəkdən qoşulurlar. Azərbaycan xalqının içində az qala ilahiləşmiş bir Səməd Vurğun var, Aşıq Şəmşir var. Azərbaycanın sənətdən də böyük şairi var, amma heç biri Səməd Vurğun kimi bu xalqın içinə girə bilməyib. Onun haqqında da yazırlar. Aşıq Şəmşir haqqında da yazıb onu xalqın gözündən salmaq istəyirlər. Bu bir oyundu. Bu oyunun da parçaları var. Ədəbiyyatçılar sənət adamları buna qarşı mübarizə aparmalıdı.”
Elmin Nuri