Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da, buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 16-da arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 15-i günün ikinci yarısında, 16-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.