Bu gün Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, təqdimat mərasimində F.Santuşla yanaşı AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev də iştirak edib.
Təqdimat mərasimində bildirlib ki, AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.
AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev müqavilənin bəzi hissələrini açıqlaya bilməyəcəklərini deyib.
S.Hacıyev 69 yaşlı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına da münasibət bildirib:
"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik".
Xatırladaq ki, portuqaliyalı 69 yaşlı F.Santuş dünən Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.