Modern.az

Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir

Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir

15 Noyabr 2013, 15:28


Bu gün Bakı məktəblərində fənlər üzrə “Bilik yarışı” keçirilir.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, bu yarışmanın məktəb üzrə qalibləri Bakı şəhəri üzrə keçiriləcək olimpiadanın birinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Hər il ənənəvi olaraq keçirilən “Bilik yarışı” uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edilir və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edir.  

 

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Netanyahunun evini VURDU