Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu 4 ay ərzində 724 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib.
Dövlət Sosial Müdafiə Fondundan Modern.az-a verilən məlumata görə, cari ilin 11 iyul tarixindən etibarən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Avtomatlaşdırılmış pensiya təyinatı Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir. 11 noyabr 2013-cü il tarixə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 724 nəfərin 224-ü Bakı şəhərində, 500 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.