Modern.az

“Milli Şurada müzakirələr sağlam istiqamətdə getmir” - Siyasi şərhçi

“Milli Şurada müzakirələr sağlam istiqamətdə getmir” - Siyasi şərhçi

15 Noyabr 2013, 16:25


“Əksər ölkələrdə seçkidən sonra durğunluq hökm sürür. Seçkidə saxtalaşdırma olarsa, müxalifət etiraz edir və sonra durğunluq yaşanır”.

Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu müxalifətin hazırkı durumunu şərh edərkən deyib. E. Şahinoğlunun sözlərinə görə, müxalifət taktikasını müəyyən etməlidir:

Azərbaycan müxalifəti də bir neçə mitinq keçirdi, seçkinin nəticələrini tanımadığını elan etdi. Həyat öz axarı ilə gedir, reallıqlar var. Müxalifət daha çox beynəlxalq təşkilatlara istinad edirdi. Seçkidən sonra gördük ki, Amerika, Avropanın aparıcı dövlətləri İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi. Onlar da reallığı qəbul etdilər, Azərbaycandakı hakimiyyətlə əməkdaşlığı davam etdirmək lazımıdır.
İndiki durumda, görünür, müxalifət fasilə götürüb. Müxalifət düşərgəsi taktikasını müəyyən etməlidir. Bunun üçün də vaxt lazımdır”.

Politoloqun fikrincə, siyasi partiyalar hər zaman fəallıqlarını artırmalıdırlar. Amma bəzən seçkidən-seçkiyə fəallaşırlar:

“Vətəndaşlarla daim təmasda olmalıdırlar, sosial şəbəkələrdə fəallıqlarını artırmalıdırlar. Müxalifətin əksər hissəsini birləşdirən Milli Şuradır. Burada da müzakirələr sağlam istiqamətdə getmir. Bir müddət əvvəl bir qrup üzvün Milli Şuradan ayrıldığı açıqlandı. İndi də həmsədrlik institutunun yaradılması ilə bağlı qızğın müzakirələr gedir. Bunun da necə nəticələnəcəyi bəlli deyil. Bütün bunlar müxalifətin hazırkı durumuna ciddi təsir edir. Fikir verirsinizsə, mitinqlərin keçirilməsinə də fasilə verildi. Gördülər ki, mitinqlərin bir nəticəsi olmadı”.

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU