Modern.az

Sellofanla "təmir edilmiş" işıqfor barədə rəsmi AÇIQLAMA

Sellofanla

Aktual

13 İyun 2024, 22:22

Sosial şəbəkələrdə işıqforun sellofanla “təmir edildiyi”ni əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov özünün Feysbuk hesabında məsələyə aydınlıq gətirib.

 

“Güclü külək nəticəsində işıqforun vaxtı göstərən ekranı qırılaraq aşağı sallanıb. Ötən həftə Tərtərdə olan bu hadisə zamanı bir vətəndaşımız da həmin ekranı götürüb sellofanla büküb və yuxarıdan asıb. Sonra da yol polisinə məlumat verib”, – deyə NİİM nümayəndəsi qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?