“Bu gün dünya ilə müqayisədə Azərbaycanda, xüsusilə Bakıda yaşıllıqların salınması çox gözəldir və bu sahəyə cənab prezident də xüsusi diqqət yetirir”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Elton Məmmədov deyib. O, qeyd edib ki, Yaşıl Təbiət Dövlət Proqramı çərçivəsində böyük işlər görülür.
“Düşünürəm ki bu sahədə Azərbaycanda çox sağlam mühit var və həyata keçirilən tədbirlər əsas verir ki, gələcəkdə Azərbaycanda yaşıllıq zolaqlarının sayı çox olacaq. Düşünürəm ki, bu son 5 ildə yaşılla verilən diqqət bizə deməyə əsas verir ki, qiymət nəinki şəhər daxilində, meşə zolaqlarında, yol zolaqlarında kifayət qədər gözəçarpandır”.