Modern.az

Fransa Ermənistanla hərbi əməkdaşlıq forumu KEÇİRİR

Fransa Ermənistanla hərbi əməkdaşlıq forumu KEÇİRİR

14 İyun 2024, 11:40

İyunun 18-də "EUROSATORY" sərgisi çərçivəsində GICAT (Fransa Müdafiə və Təhlükəsizlik Sənayesi Təşkilatı) pavilyonunda Ermənistanın müdafiə ehtiyaclarına və Fransa ilə cari əməkdaşlığa həsr olunmuş Fransa-Ermənistan forumu keçiriləcək.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, konfransa Ermənistanın müdafiə naziri Suren Papikyan da qatılacaq.

 

Həmçinin Ermənistanın yüksək texnologiya və sənaye naziri Mxitar Hayrapetyan, GICAT üzvləri, eləcə də Fransa-Ermənistan Ticarət və Sənaye Palatasının üzvləri forumda iştirak edəcəklər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI