Modern.az

Ekspert: Büdcəmiz sosial dövlət iddiasına uyğun deyil- RƏY

Ekspert: Büdcəmiz sosial dövlət iddiasına uyğun deyil- RƏY

15 Noyabr 2013, 21:22

Rövşən Ağayev: “Sosial bazar ölkələrində hökumət büdcənin az qala yarısını sosial sahələrə yönəldir”

Azərbaycanın dövlət büdcəsinə baxdıqda heç də iddia edildiyi kimi sosial dövlət olduğumuz görünmür- bunu İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eskperti Rövşən Ağayev bildirib. O fikrini əsaslandırmaq üçün bəzi ölkələrlə müqayisə aparıb: “2013-cü ildə təhsil, səhiyyə və sosial müdafiəyə Qazaxstanda 15 milyard dollar (2,3 trilyon təngə), Azərbaycanda 5,1 milyard dollar (4 milyard manat) ayrılıb. Sosial xərclərin ümumi büdcə xərclərində payı Qazaxstanda 38%, Azərbaycanda 20% təşkil edir. Sosial xərclərin adambaşına həcmi Qazaxstanda 900 dollar, Azərbaycanda 560 dollar təşkil edir.

Ən maraqlısı odur ki, 2013-cü ildə Qazaxstanda adambaşına ümumi büdcə xərcləri Azərbaycandan 400 dollar az olmaqla 2400 dollar təşkil etdiyi halda sosial xərclərin adambaşına həcmi bizdə olduğundan az qala 2 dəfə çoxdu.

Bu fakt onu göstərir ki, Qazaxstan hökuməti üçün bəyanatlarda deyil, real həyatda sosial sahələrin inkişafı prioritet təşkil edir”.

Rövşən Ağayev Gürcüstanla da analoji müqayisə aparıb: “2014-cü ildə ölkə əhalisinin hər nəfəri hesabı ilə dövlət büdcəsindən səhiyyə və sosial müdafiə xərclərinə Azərbaycanda 310 manat, Gürcüstanda 290 manat (602 gürcü larisi) xərclənməsi proqnozlaşdırılır. 2014-cü ildə səhiyyə və sosial müdafiəyə dövlət büdcəsinin Azərbaycanda 14%-nin, Gürcüstanda 36%-nin xərclənməsi proqnozlaşdırılır”.

Konstitusiyamızda yazılıb ki, Azərbaycan sosial yönümlü bazar iqtisadiyyatına malik dövlətdir. Sosial bazar ölkələrində hökumət büdcənin az qala yarısını sosial sahələrə yönəldir- deyə ekspert vurğulayıb.

Elçin

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır