Modern.az

Azərbaycanda COP29 üçün çoxsaylı fəaliyyətlər həyata keçirilir

Azərbaycanda COP29 üçün çoxsaylı fəaliyyətlər həyata keçirilir

14 İyun 2024, 14:42

Hazırda Azərbaycanda COP29-a hazırlıq çərçivəsində çoxsaylı fəaliyyətlər həyata keçirilir. Demək olar ki, bütün dövlət təşkilatları COP29-la bağlı hazırlıq məsələləri ilə məşğuldur.

 

Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib.

 

Onun sözlərinə görə, tədbir çərçivəsində ölkəmizə 60-70 min aralığında insanın gələcəyi gözlənilir:

 

"Bu çərçivədə onların yerləşdirilməsi, qonaqlama yerlərinin artırılması əsas şərtlərdən biri kimi ortalığa çıxır. COP29-un mövzuları və həyata keçiriləcək digər tədbirlərin mövzuları, əsas çağırışlar hazırda intensiv şəkildə müzakirə olunur. Bu məsələlərlə əlaqədar ölkəmizə çoxsaylı mütəxəssislər də gəlib və COP29-untəşkl olunması istiqamətində Azərbaycan hökumətinə kömək edirlər".

 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər