Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına yeni komandan təyin olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, general-mayor Şahin İsgəndər oğlu Məmmədov Daxili Qoşunların komandanı təyin edilib.
Ş.Məmmədov bundan əvvəl Daxili Qoşunların Qərargah rəisinin I müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov Azərbaycanın müdafiə naziri təyin olunub.
Modern.az