C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişləri üçün hazırlıq işləri başlanılıb. Rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev olan film İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub.
Modern.az xəbər verir ki, dövlət sifarişi ilə çəkiləcək kinolentin ilkin adı “Bumeranq”dı. Çəkilişlərinin yaz və yay aylarında Belarus və Azərbaycanda aparılması planlaşdırılır. Hazırda isə rejissor ssenarisi üzərində işlər görülür.
Filmdə Dünya müharibəsi ilə Qarabağ müharibəsi arasında paralellər də nəzərdə tutulub.
Misranə Həsənzadə