Modern.az

Avropa Şurası və ATƏT Seçki Məcəlləsinin müzakirələrini DAYANDIRIB

Avropa Şurası və ATƏT Seçki Məcəlləsinin müzakirələrini DAYANDIRIB

16 Noyabr 2013, 10:56

Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycan hakimiyyəti ilə Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı müzakirələri dayandırıb. Bu barədə Modern.az parlamentdəki mənbələrdən bəlli olub. Məlumatda bildirilir ki, Seçki Məcəlləsinə hər hansı bir dəyişikliklə bağlı təkliflər gündəlikdən çıxarılıb.
“Bizim hazırda əlimizdə olan məcəllə Avropa standartlarına tam cavab verir”.  

Azərbaycanda seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması  2003-cü ilin mayında başlanıb. Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı AŞ Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (IFES) əməkdaşlıq edilib.

Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilib və prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə minib.

2005-ci ilin fevral və mart aylarında Azərbaycan hakimiyyəti yenidən ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ilə Seçki Məcəlləsini müzakirə edib və

yekun olaraq 2005-ci ilin may ayında Seçki Məcəlləsinin 43 maddəsinə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliyə əsasən ilk dəfə olaraq vətəndaşlara seçici vəsiqələrinin verilməsi əks edilib. Bu, seçicinin təkrar səsvermənin qarşısını almağa yönəlmiş yeni müddəa idi. Eyni zamanda, Seçki Məcəlləsində namizədlərin qeydiyyatı proseduru da sadələşdirilib.

Venesiya Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsinə dair müzakirə sonrakı illərdə də davam edib. 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə 91 əlavə və dəyişiklik edilib.

Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə AŞ Venesiya Komissiyası və ATƏT DTİHB tərəfindən müsbət rəy verilib.

Seçki Məcəlləsinin yenidən müzakirəsi gözlənilirdi...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU