Modern.az

Azərbaycanda dörd xəstə 1 saylı Psixiatriya Xəstəxanasından qaçıb

Azərbaycanda dörd xəstə 1 saylı Psixiatriya Xəstəxanasından qaçıb

16 Noyabr 2013, 11:04

Bakı şəhərindəki 1 saylı Psixiatriya Xəstəxanasından 4 xəstə gecə polisə hücum edərək xəstəxanadan qaçıb. Bu barədə Trend-ə 1 saylı Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov məlumat verib.

Baş həkim deyib ki, həmin xəstələr gecə qapını sındıraraq xəstəxanadan qaçıblar.

Baş həkimin sözlərinə görə, həmin xəstələr xeyli müddətdir ki, xəstəxanada müalicə olunurlar: "Onlardan biri 3,5 il, biri 1,5 il, biri yarım ildir ki, xəstəxanada müalicə edilirlər. Hazırda həmin xəstələrin geri qaytarılması istiqamətində ciddi işlər aparılır".

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU