Modern.az

Can Azərbaycanı ən səmimi arzularımla təbrik edirəm - Numan Kurtulmuş

Can Azərbaycanı ən səmimi arzularımla təbrik edirəm - Numan Kurtulmuş

Aktual

15 İyun 2024, 14:09

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, Türkiyə parlamenti spikerinin bu gün sosial şəbəkələrdəki hesablarında paylaşdığı təbrik mesajında qeyd olunub:

 

“Tarixi, mədəni və siyasi əlaqələrin daha da üzərində olan sarsılmaz bir dostluqla bir-birimizə bağlı olduğumuz can Azərbaycanın 15 iyun – Milli Qurtuluş Gününü ən səmimi arzularımla təbrik edirəm”.

 

TBMM-nin spikerinin təbrikində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına istinad olunur.

Numan Kurtulmuş sosial şəbəkələrdəki səhifələrində Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını da yerləşdirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular