Bakı meri Hacıbala Abutalıbov iki ildir ki, millət vəkili Eldar Quliyevin məktubunu cavabsız qoyub. Paytaxtda tikilən yeni binaların birinci mərtəbələrinin kənd təsərrüfatı məhsullarının satış məntəqələri üçün ayrılması ilə bağlı müraciətinə nə zaman münasibət bildiriləcəyi deputatın özü üçün də maraqlıdır.
Eldar Quliyev Modern.az-a əslində bu məsələnin dövlət səviyyəsində həll edilməli olduğunu söylədi. “Sadəcə belə bir təklif irəli sürmüşdük. Amma təklifimiz xoşlarına gəlməyibsə, heç kimi məcbur edə bilmərik. Yəqin ki, müraciətimizə heç baxılmayıb. Əgər baxılsaydı, hər hansı bir cavab verilərdi. Yeri gəlsə, yenə də məktub göndərərəm”.
Gültəkin ƏLƏSGƏR