Modern.az

Lerikdə sakinlərə pulsuz hüquqi yardım göstərilib - FOTO

Lerikdə sakinlərə pulsuz hüquqi yardım göstərilib - FOTO

Aktual

15 İyun 2024, 10:27

15 iyun- Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində Vəkillər Kollegiyası tərəfindən genişmiqyaslı pulsuz hüquqi yardım aksiyaları keçirilir.

Modern.az xəbər verir ki,  layihə çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü, Lerik rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Lerik rayon təşkilatının iştirakçılığı ilə Bakı şəhəri, 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən 14 iyun 2024-cü il tarixdə Lerik rayon sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirilib.

Aksiyaya başlamamışdan əvvəl 20 saylı Vəkil Bürosunun vəkilləri Lerik rayon icra başçısının müavini və YAP Lerik rayon təşkilatının sədrinin müavini ilə birlikdə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Pulsuz hüquqi yardım aksiyası Lerik rayonunun Mədəniyyət Mərkəzində təşkil olunub. Aksiyada 40-dan artıq Lerik sakininə  pulsuz hüquqi yardım göstərilib.

20 saylı Vəkil Bürosundan aksiyada 10-dan artıq vəkil iştirak etmiş və sakinlərin müxtəlif sahələrdən olan suallarını cavablandırıblar. Müraciətlər mülki, inzibati, cinayət məsələləri ilə bağlı olub. Sakinlərə nəinki yerində məsləhətlər verilib, eyni zamanda hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.

 

Lerik Rayon İcra Hakimiyyətinin və YAP Lerik rayon təşkilatını təşəbbüsü ilə təşkil olunan aksiyada iştirak edən 20 saylı Vəkil Bürosunun vəkilləri bu aksiyada iştirak etmələri üçün qürur hissi duyduqlarını bildiriblər. Eyni zamanda qonaqpərvərliklərinə görə Lerik rayon sakinlərinə təşəkkür ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?