Milli Məclisin deputatı Vahid Əhmədov seçiləri ilə görüşüb və onların problemlərini dinləyib.
Modern.az-ın məlumatına görə, görüşdə vətəndaşlara ilk əvvəl deputatın Milli Məclisdəki fəaliyyəti ilə bağlı məlumat verilib. Görüş zamanı ən çox suallar dövlət büdcəsini müzakirəsi və təsdiqi il bağlı olub. Qəbula gəlmiş 27 seçicinin hamısı təkbətək qəbul edilib. O da qeyd olunub ki, əvvələr qəbulda olmuş bir neçə seçici deputata qaldırdıqları problemlərinin müsbət həll edilməsində göstərdiyi köməkliyə görə təşəkkür etmək üçün təkrar qəbula gəliblər.
Bu dəfəki qəbul zamanı ən çox qaldırılan məsələlər sırasında evlərinin təmiri və tikintisi ilə bağlı icra strukturları tərəfindən köməklik göstərilməsi ilə bağlı olub. Əvvələr baş vermiş təbiət hadisələri zamanı ziyan çəkmiş əhalinin evlərinin bərpası məsələsində də aidiyyatı təşkilatların passiv fəaliyyəti deputatın nəzərinə çatdırılıb. Sahibkarlara kreditlərin verilməsi, ev tikintisi üçün torpaq sahələrinin ayrılması, işədüzəlmə, müalicə üçün yardımların edilməsi və bu kimi başqa məsələlər həllini gözləyən suallar arasında olub. Ənənəyə uyğun olaraq həlli operativ mümkün olan məsələlər yerindəcə həll dilmiş, qalanları nəzarətə götürülərək tədbirlər istiqaməti müəyyənləşdirilib. İlin sonuna qədər daha iki qəbulun keçiriləcəyi barədə qərar qəbul edilib.
Modern.az