Sabah Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərbküləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 17-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağıntılı, ayrı-ayrı yerlərdə isə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Modern.az