Modern.az

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı... 

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı... 

Media

17 İyun 2024, 11:02

Xəbər veridiyimiz kimi, “Baku TV”nin redaktoru, ANS-in keçmiş əməkdaşı Sərxan Kamallı ötən gecə dünyasını dəyişib. Mərhumun beyindaxili qansızma nəticəsində vəfat etdiyi bildirilir. 

Modern.az-ın məlumatına görə, Yenisabah.az Sərxan Kamallının qəfil ölümü ilə diqqəti onun əvvəlki iş yerinə - Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-ə yönəldib. 

Qeyd edək ki, bununla ötən bir il ərzində dünyasını dəyişmiş ANS-çilərin sayı 3-ə çatdı. 

Xatırladaq ki, son bir ildə ANS-də “yarpaq tökümü” tanınmış televiziya aparıcısı Natavan Babayeva ilə başlayıb. Ulduzu ANS-də parlayan Natavan Babayeva, ötən il iyulunda, 46 yaşında dünyasını dəyişib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət Televiziyası olub.

Ötən bir ildə dünyasını dəyişən keçmiş ANS-çilərin arasında mərhum millət vəkili Qənirə Paşayeva da var. O, 28 sentyabr 2023-cü ildə, 48 yaşında vəfat edib. Qənirə Paşayeva 1998-2005-ci illərdə ANS-də müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 

Sərxan Kamallı Azərbaycan jurnalistikasının son bir ildə itirdiyi üçüncü ANS-çidir. Onun jurnalist kimi püxtələşdiyi dövr, ANS-in populyar olduğu illərə təsadüf edir. 

Mərhumun sonuncu iş yeri “Baku TV” olub.

Qeyd edək ki, hər üç jurnalist 50 yaşını tamamlamadan həyatla vidalaşıb. 

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı