Modern.az

Azərbaycanlı zəvvarların son durumu - Bu tarixdə Vətənə dönürlər

Azərbaycanlı zəvvarların son durumu - Bu tarixdə Vətənə dönürlər

18 İyun 2024, 11:01

Hacıların ilk qrupu iyun ayının 26-da Vətənə qayıdacaq.

 

Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

 

"Həcc prosesi bitmək üzrədir. Bu gün də Minadayıq. Zəvvarların bir hissəsi bu gün, böyük hissəsi isə sabah Minanı tərk edəcək. Mina Ərəfat Müzdəlifə çöllərində Həcc ayinlərinin icrası bitir. Qalır əsasən zəvvarların nisa və vida təvəfi. Hacıların ilk qrupu iyunun 26-da yola düşəcək. Son qrup isə iyulun 1-də Vətənə yola düşəcək".

 

V.Cahangiri zəvvarların sağlamlıq durumundan da danışıb:

 

"Zəvvarların arasında cavanı da, yaşlısı da var. Minanın ilk günü xəstələr bura gəlib biraz durublar. Onları otelə göndərmişik. Sağlam olanlara da isti təsir edir. Yorulmalar olur. Lakin hər yerdə sərin sular var və tibbi personal ayıq-sayıq çalışır. Elə ciddi xəstəlik yoxdur".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri