Modern.az

\"Bakmil\" stansiyası ilə bağlı YENİLİK

\

19 İyun 2024, 12:10

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

 

Modern.az “Bakı Metropoliteni” QSC-yə istinadən verir ki, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

 

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (//metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib. Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

 

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?