Modern.az

Papikyan Makronun hərbi müşaviri ilə GÖRÜŞDÜ

Papikyan Makronun hərbi müşaviri ilə GÖRÜŞDÜ

Dünya

19 İyun 2024, 14:24

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa prezidentinin hərbi müşaviri, hərbi kabinetin rəhbəri, ordu generalı Fabien Mandon ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində cari proses və perspektiv əməkdaşlıq proqramları ilə bağlı məsələlər müzakirə olunub.

 

"Müdafiə naziri Ermənistan silahlı qüvvələrinin islahatlarının gedişi və bu istiqamətdə Fransa ilə əməkdaşlığı təqdim edib", - məlumatda deyilir.

 

Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal