Modern.az

Füzuli-Ağdam yolunda faciə - 2 nəfər öldü 

Füzuli-Ağdam yolunda faciə - 2 nəfər öldü 

Hadisə

19 İyun 2024, 21:16

Bu gün Füzuli-Ağdam yolunda hərəkət edən "VAZ" markalı avtomobil yol kənarında dayanan traktora çırpılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib.

 

Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir