Modern.az

Azərbaycan bu BMT qətnamələrinin qəbulunda əsas rol oynadı - Nazir

Azərbaycan bu BMT qətnamələrinin qəbulunda əsas rol oynadı - Nazir

20 İyun 2024, 11:08

Qoşulmama Hərəkatına sədrliyi zamanı Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətə təkan verdi və bütün ölkələrin vaksinlərə ədalətli çıxışı ilə bağlı BMT qətnamələrinin qəbulunda mühüm rol oynadı. 2023-cü ildə biz həm də pandemiyadan sonrakı bərpa ilə bağlı zirvə toplantısına ev sahibliyi etdik, orada Prezidentimiz Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərin pandemiyadan sonrakı bərpasına dəstək vermək üçün iki qlobal çağırış elan etdi.

 

Modern.az xəbər verir ki, bu sözləri COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, COVID-19 ilə iqlim dəyişikliyinə qarşı birgə mübarizəmiz arasında paralellər olduqca əhəmiyyətlidir. Bu, bizə ortaq çağırışa cavab vermək üçün dünyanı bir araya gətirməyin və cavabımızın hər bir ölkənin fərdi şəraitini nəzərə almasını təmin etməyin vacibliyini göstərdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər