Modern.az

Rusiya Ukraynada daha 1060 hərbçisini itirdi

Rusiya Ukraynada daha 1060 hərbçisini itirdi

21 İyun 2024, 09:25

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 531 980 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 14 tank, 35 zirehli döyüş maşını, 54 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal