Modern.az

Litva hərbi büdcə üçün alkoqol və tütünə vergiləri artırır

Litva hərbi büdcə üçün alkoqol və tütünə vergiləri artırır

Dünya

21 İyun 2024, 09:44

Litva müdafiə büdcəsini artırmaq üçün alkoqol və tütünə vergiləri artırır.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Litvanın maliyyə naziri Gintare Skaiste deyib.

 

O qeyd edib ki, müdafiə xərcləri ÜDM-in 3%-nə yüksəlməlidir və ölkə parlamentinin bu məsələ ilə bağlı səsverməsini “aydın siqnal” adlandırıb.

 

Parlament həmçinin bank sektoru üçün xüsusi verginin müddətini 2025-ci ilə qədər uzadıb. Litvanın illik müdafiə xərcləri hazırda ÜDM-in 2,75%-ni təşkil edir.

 

Bu, artıq NATO-nun 2%-lik hədəfini üstələyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal