Modern.az

Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır - KTMT baş katibi

Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır - KTMT baş katibi

21 İyun 2024, 11:44

"Ümid edirik ki, İrəvan KTMT-dəki statusunu rəsmən aydınlaşdıracaq".

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.

 

“Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır, lakin təşkilata üzvlük məsələsi ölkənin suveren hüququ və qərarıdır”, - deyə o, KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə bildirib.

 

Təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal