Modern.az

Tovuzda zəncirvari qəza- 1 nəfər ölüb

Tovuzda zəncirvari qəza- 1 nəfər ölüb

21 İyun 2024, 14:46

Tovuzda zəncirvari qəza olub.

 

Modern.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.

 

İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb. Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular