Modern.az

Tarif Şurası nəqliyyatdakı gedişhaqqı ilə bağlı AÇIQLAMA verdi

Tarif Şurası nəqliyyatdakı gedişhaqqı ilə bağlı AÇIQLAMA verdi

18 Noyabr 2013, 12:54

İctimai nəqliyyatda gediş haqlarının qaldırılması üçün sahibkarlar Tarif Şurasına müraciət edib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da sahibkarların ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciətlər etdiklərini təsdiqləyib. “Ancaq bununla bağlı qərar vermək səlahiyyəti yalnız Tarif Şurasına aiddir”.

“İctimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb”. Öz növbəsində Modern.az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev belə deyib. “Ümumiyyətlə, bu məsələ Tarif Şurasının gündəmində deyil”, – deyə A.Əliyev əlavə edib.  

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU