“Bütövlükdə partiyaların və yaxud partiya funksionerlərinin bu institutunun yaradılmasına etiraz edə bilərlər. Hərənin öz fikri ola bilər. Bu da təbii haldır. Bütün hallarda KXCP həmsədrlik institutunun yaradılmasının tərəfdarıdır. Etiraf etmək lazımdır ki, Milli Şura yaranandan bəri strukturlaşa bilmədi. Qurum cəmiyyəti toparlaya bildi, seçkidə ciddi mübarizə apardı, amma təşkilat olaraq ciddi formata düşə bilmədi. Həmsədrlik İnstitutu yaradılarsa, bu istiqamətdə ciddi addımlar atıla bilər”. KXCP funksioneri partiya sədrlərindən ibarət Həmsədrlik İnstitutunun yaradılmasını məqbul saymır:
“Partiya sədrlərindən ibarət Həmsədrlik İnstitutunun yaradılmasını əhəmiyyətli hesab etmirəm. Ona görə ki, partiyalar 20 ildə birləşə bilmirdi. İlk dəfə ziyalıların irəli keçməsi ilə partiyalar və partiyalardan kənarda olan qüvvələr bir araya gəldi. Bu, çox ciddi faktordur. Hələ ki Milli Şura bir güc şəklində ortaya çıxmayıb. Belə bir həssas məqamda partiya sədrlərindən hansınınsa həmsədr seçilməsini məqsədəuyğun hesab etmirəm. Çünki siyasətçilərin həmsədrlikdə təmsil olunması qısqanclıq yarada bilər. Yəni bu 20 ildə baş verənləri yenidən təkrarlaya bilərik. Milli Şura ziyalı təşkilatı kimi ortaya çıxıbsa, buna imkan vermək lazımdır ki, bu format işini davam etdirsin”.
İlkin