Modern.az

Münsterdə məlumatlandırma sərgisi keçirilib - FOTO

Münsterdə məlumatlandırma sərgisi keçirilib - FOTO

21 İyun 2024, 15:44

Münsterdə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” keçirilib.

 

Modern.az xəbər verir ki, Almaniyanın Münster şəhərində “Avropa Azərbaycan Mərkəzi” Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycan Kültür Ocağının iştirakı ilə “Mina və Partlamamış Hərbi Sursatların Təhlükəsinə dair Məlumatlandırma Sərgisi” təşkil edib.

 

Foto-sərgi formatında keçirilən tədbir müxtəlif mövzuları əhatə edib. Tədbirin əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş bölgələrində mina və partlamamış hərbi sursatların təhlükələrini, Ermənistanın işğalçı siyasətinin nəticələrini Avropa ictimaiyyətinə çatdırmaq olub. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlərin sübutları fotolarla yanaşı, kitablar vasitəsilə də ziyarətçilərin diqqətinə təqdim edilib.

 

“Avropa Azərbaycan Mərkəzi”nin gəncləri Arif Qasımov, Zaur Quliyev, Ayan Qasımova, Nurtac Qasımzadə, Mustafa Qasımzadə və Əbülfəz Cəfərov sərgi ilə maraqlanan ziyarətçilərə Alman və ingilis dillərində ətraflı məlumat veriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular